"Biz Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması üçün səy göstəririk. Qonşu ölkələr arasında sabitlik və mehriban qonşuluq mühitinin tezliklə təmin olunmasının tərəfdarıyıq".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında onu müşayiət edən jurnalistlərə bildirib.

“Ümid edirik ki, məsələləri həll etməklə və Azərbaycanla Ermənistan arasında olan çətinlikləri aradan qaldırmaqla biz yeni yola qədəm qoyacağıq. Biz Ermənistanın oxşar yanaşmasının şahidi olduq. Türkiyə isə öz tərəfindən hesab edir ki, sülh mühiti Bakı və İrəvan üçün yeni imkanlar pəncərəsi açaraq, bütün tərəflərin maraqlarına cavab verəcək”, - deyə Türkiyə lideri əlavə edib.