Pentaqon ilk dəfə beşinci nəsil "F-35" qırıcısının uzun mənzilli "AGM-158C LRASM" (Long-Range Anti-Ship Missile) raketini daşıyan fotosunu yayımlayıb.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə "The War Zone" (TWZ) nəşri xəbər verib. 

Nəşr yazır ki, foto bu gün ABŞ Müdafiə Nazirliyi tərəfindən dərc olunub və 10 sentyabrda Merilend ştatının Patuxent River aerodromundan sınaq uçuşunu edib.

İki "LRASM" raketi "F-35C" göyərtə variantının daxili qanadaltı pilonlarında görünüb.

Nazirlik bildirib ki, "Pax ITF" iki gün ərzində yeni raketlərlə təyyarənin uçuş performansını qiymətləndirmək üçün sınaq uçuşları keçirib. Güclü silahlarla təchiz olunmuş təyyarə Çinə qarşı mümkün münaqişədə xüsusilə rol oynayacaq.