ABŞ Konqresi federal hökumətin bağlanmasının qarşısını almaq üçün müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Nümayəndələr Palatası dekabrın 20-dək ölkədə bəzi dövlət qurumlarının maliyyələşdirilməsini nəzərdə tutan büdcə layihəsini təsdiqlədikdən sonra qanun layihəsi Senatda səsverməyə çıxarılıb.

Senat tərəfindən də təsdiqlənən büdcə qanun layihəsi federal hökumətin bağlanmasının qarşısını almaq üçün dövlət qurumlarının müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutur.

ABŞ Konqresinin təsdiqini alan büdcə qanun layihəsi prezident Co Baydenin imzasını gözləyir.

 

Gözəl Həşimova