"Qazaxıstandan neft tədarükünün 2,5 milyon tona qədər artırılması üçün Almaniyadan müraciət daxil olub".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib.

"İlin sonuna qədər Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırırıq, ümumilikdə 2,5 milyon tona qədər artım tələb olunur", - o deyib.

Nazir Qazaxıstanın ixracın 2,5 milyon tona qədər artırılmasını təmin edə biləcəyini və bunun hansı müddətə başa gələcəyini dəqiqləşdirməyib.

Bundan əvvəl ölkə prezidenti Kasım-Jomart Tokayev respublikanın Almaniya bazarına neft ixracını artırmağa hazır olduğunu bildirmişdi.

2024-cü ildə Qazaxıstanın “KazTransOil” şirkəti Transneft PJSC neft magistral boru kəməri sistemi vasitəsilə Almaniyaya çatdırılması üçün Adamova Zastava neft tədarükü məntəqəsinə 1,2 milyon tona qədər Qazaxıstan neftini göndərməyi planlaşdırır.

2023-cü ilin sonunda Drujba neft kəməri ilə Almaniya istiqamətində 993 min ton Qazaxıstan nefti nəql edilib.

 

Sadiq Cavadov