HƏMAS hərəkatının Qəzza zolağında saxladığı girovların çoxu hələ də sağdır.

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken MSNBC telekanalına bildirib. 

“Bizdə olan məlumata görə, Qəzzada olan girovların çoxu hələ sağdır. Onları ailələrinə qaytarmaq istəyirik”, - deyə Blinken əlavə edib. 

Entoni Blinken həmçinin deyib ki, Birləşmiş Ştatlar münaqişə tərəflərini Qəzza zolağında atəşkəsə razı salmaq üçün səy göstərir.