2023-cü ilin oktyabrından bəri Fələstin-İsrail arasında davam edən müharibə zamanı Qəzza zolağına ən azı 1 milyon 38 min 426 ton humanitar yardım daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Hökumətinin Fələstin Ərazilərində Koordinasiya Ofisi məlumat yayıb.

Bildirilib ki, bunun 801 min tondan çoxu qida, 76 min tondan çoxu müvəqqəti yaşayış məntəqələrinin təşkili üçün avadanlıq, 51 min tondan çoxu su, 26 min tondan çoxu dərmanlar olub.

Qeyd edək ki, Qəzza zolağında döyüşlər bu günə qədər davam edir. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

 

Gözəl Həşimova