Avqustda Yaponiyada düyü qiymətləri 28,3% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin İnzibati İşlər və Rabitə Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, ölkədə düyü qiymətləri 1975-ci ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb. Buna səbəb əhalinin bir hissəsinin təbii fəlakətlər zamanı ərzaq ehtiyatlarını artırmaq istəyi olub.

Eyni zamanda, bu, ötən il həddindən artıq istilər səbəbindən məhsul istehsalının zəif olması ilə də əlaqəlidir.

Ümumilikdə, avqust ayında Yaponiyada ərzaq qiymətləri 2,9% artıb.

 

Gözəl Həşimova