"Rusiya dünya bazarına enerji resurslarının etibarlı təchizatçısı olaraq qalır və burada sabitləşdirici rol oynayır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsində çıxışı zamanı deyib.

“Rusiya enerji resurslarının dünya bazarına çıxarılması üzrə öhdəliklərini yerinə yetirir, OPEC+ və Qaz İxrac edən Ölkələrin Forumu kimi mötəbər formatlarda iştirak edərək, burada sabitləşdirici rol oynayır”, - deyə o bildirib.

 

Gözəl Həşimova