BŞİH 210 ədəd işıq dirəyinə 1,2 milyon manat xərcləyəcək

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) yanında fəaliyyət göstərən "Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsi paytaxt küçələrinin işıqlandırılması üçün yeni dirəklər alır.

İqtisadiyyat.az xəbər verir ki, işıqlandırıcı dirəklərdən ümumilikdə 210 ədəd nəzərdə tutulub.

"Bakı Şəhər İşığı" dirəklərin satın alınması ilə bağlı “Meqaplus” Firması ilə dəyəri 1 181 652 manat olan müqavilə bağlayıb.

Xatırladaq ki, bu ilin iyulunda "Bakı Şəhər İşığı" paytaxtın küçə və prospektlərində quraşdırılmış işıq dirəklərinin boyanması işlərini də “Meqaplus” Firmasına həvalə edib və şirkətlə 413 min manatlıq müqavilə bağlayıb. Son illər paytaxtın küçə və prospektlərinin işıqlandırılmasına mütəmadi olaraq vəsaitlər ayrılır. Əvvəlki illərlə müqayisədə sərf olunan vəsaitlərin həcminə baxdıqda Bakı küçələrinin işıqlandırılması üçün xərclərin artdığı müşahidə olunur.