Amerika korporasiyası "Microsoft" üç il ərzində Meksikada süni intellekt və bulud hesablama infrastrukturunu genişləndirmək üçün 1,3 milyard dollar sərmayə qoymağı planlaşdırır.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Amerika İT nəhənginin baş direktoru Satya Nadella bildirib.

"Xüsusilə investisiyalar kiçik və orta biznesə yeni texnologiyaların tətbiqinə, habelə Meksika hökumətinin əhalinin süni intellekt sahəsində bacarıqlarının artırılması təşəbbüsünü dəstəkləməyə yönəldiləcək ki, bu da təxminən 5 milyon insanı əhatə edəcək", - o deyib.

"Microsoft" Meksika şirkətləri, o cümlədən "Grupo Bimbo" və "Cemex", təhsil müəssisələri, eləcə də "Monterrey" Texnologiya İnstitutu ilə əməkdaşlıq edir.

Çərşənbə axşamı "Microsoft"un səhmləri 0,2% bahalaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 14,1% artaraq 3,19 trilyon dollara çatıb.

 

Sadiq Cavadov