Gürcüstan nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatında (BMT) ABŞ prezidenti Co Baydenin Ukrayna ilə bağlı çıxışını alqışlamayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Ukrainskaya Pravda" nəşri yazıb.

Ağ Ev rəhbəri çıxışı zamanı bildirib ki, ölkəsi BMT nizamnaməsinin prinsipləri əsasında sabit sülh əldə edənə qədər Kiyevi dəstəkləməkdən vaz keçməyəcək. Zalda olanların əksəriyyəti çıxışa alqışlarla reaksiya versələr də, Gürcüstan nümayəndə heyəti səssiz qalıb.

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze son anda Baydenin qəbuluna dəvət olunan xarici liderlərin siyahısından çıxarılıb. Ziyarət Amerika tərəfinin təşəbbüsü ilə Gürcüstan hökumətinin ritorikası, demokratiyaya və gürcü xalqının iradəsinə olan münaisbəti səbəbindən ləğv edilib.