ABŞ İsrailə hərbi dəstək məqsədi ilə 8,7 milyard dollarlıq yardım paketi ayırıb .

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamirin Vaşinqtonda keçirdiyi görüş zamanı yardım paketi razılaşdırılıb.  

Bu paketə 3,5 milyard dollar müharibə təchizatı, 5,2 milyard dollar isə " Dəmir Günbəz" RƏM sistemi və hava hücumundan müdafiə sistemləri daxildir.