ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken Nyu-Yorkda keçirilən "İyirmilik Qrupu" (G20) ölkələrinin xarici işlər nazirlərinin iclasında Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışında iştirak edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Agentlik yazır ki, Rusiya və ABŞ diplomatik departamentlərinin rəhbərləri demək olar ki, bir-biri ilə üzbəüz oturublar. Blinken rusiyalı nazirin çıxışı başlayandan dərhal sonra zala daxil olub və öz yerini tutub.

Bundan əvvəl Lavrov ABŞ-yə səfəri zamanı çinli həmkarı Van Yi ilə görüşüb.