"Telegram"ın yaradıcısı Pavel Durov maaşının ildə bir dirhəm (təxminən 0.45 AZN) olduğunu açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti yazıb.

Məlumata görə, sahibkar bunu Fransa hüquq-mühafizə orqanları tərəfindən saxlanıldıqdan sonra istintaqa ifadəsində deyib.

 "Açıqlanan rəqəm onun həmsöhbətlərini çaşdırıb", - məqalədə deyilir.

Nəşr qeyd edir ki, Durov asketik həyat tərzi sürür, alkoqoldan, ətdən və dərmanlardan imtina etməyi təbliğ edir.

Buna qədər "Telegram"ın yaradıcısının dindirilməsi ilə bağlı yeni təfərrüatlar məlum olmuşdu. Fransanın "France Info" radiostansiyası məlumat vermişdi ki, o, istintaqçılara rus və ingilis dillərində cavab verib. Durovun əvvəllər Fransa vətəndaşlığı almaq üçün B1 səviyyəsində fransız dili imtahanı verdiyi qeyd olunur.