ABŞ-nin Kaliforniya ştatında yerləşən Santa Mariya şəhərindəki məhkəmə binasında partlayış baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə rayon şerifinin nümayəndəsi "X" sosial şəbəkəsində paylaşım edib.

O, sakinləri məhkəmə ərazisindən qaçmağa çağırıb, çünki hadisə yeri təhlükəli hesab olunur. Şerif hadisə ilə bağlı daha sonra məlumat verəcəyini qeyd edib.