Mercedes-Benz Türkiyənin Zuuks Games oyun studiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 

İqtisadiyyat.az Türkiyə mətbuatına isinadən xəbər verir ki, lisenziya müqaviləsinə əsasən, Mercedes-Benz avtomobilləri Zuuks Games-in mobil cihazlarda oynaya bilən "Bus Simulator: Ultimate" və "Truck Simulator: Ultimate" sürücülük oyunlarında mövcud olacaq.

Zuuks Games oyunları dünya üzrə 650 milyon dəfədən çox yüklənib. Bundan sonra isə, Zuuks Games-in mobil cihazlarda oynaya bilən "Bus Simulator: Ultimate" və "Truck Simulator: Ultimate" sürücülük oyunlarında oyunçulara Mercedes-Benz avtomobilləri təklif ediləcək. Oyunçular nəqliyyat vasitələrinin istifadəsi ilə yanaşı, Mercedes-Benz dilerlərinə də baş çəkə və nasazlıq baş verərsə, səlahiyyətli servis mərkəzlərində avtomobilləri təmir edə biləcəklər.

Bundan əlavə, imzalanan protokol çərçivəsində oyunda Mercedes-Benz reklamları da yerləşdiriləcək. Oyunçular Türkiyə sərhədləri daxilində reklamlar və dilerlərə yerləşdirilən məlumatlandırıcı şəkilləri olan Mercedes-Benz yol lövhələri ilə də qarşılaşacaqlar.