Meksikadakı Popocatepetl vulkanının tüstü və kül püskürməsindən sonra ölkə sarı həyəcan səviyyəsinə keçib.

İqtisadiyyat.az xəbər verir ki, vulkandan yayılan kül səbəbiylə paytaxt Mexikodakı iki beynəlxalq hava limanından uçuşlar 3 gün müddətinə təxirə salınıb, Puebla və Tlaxcala əyalətlərində təlimlər dayandırılıb.

Milli Fəlakət Önləmə Mərkəzindən bildirilib ki, vulkanda müşahidə edilən dəyişikliklər səbəbiylə "Mərhələ 3 Sarı" adlı vulkan həyəcanı elan edilib.

Açıqlamaya görə, mayın 21-dən bəri Puebla və Morelos əyalətlərinin sərhəddində yerləşən vulkanda əksəriyyəti kiçik miqyasda olmaqla ümumilikdə 573 püskürmə qeydə alınıb.

Partlayışlara və kül yağışına qarşı ictimaiyyətə xəbərdarlıq edilib.