Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-yə malın mənşə ölkəsinin təyin edilməsi məqsədilə 894 sahibkarlıq subyekti müraciət edib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli tviter hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % çoxdur.