Malatyada baş verən zəlzələdən sonra təməli atılan evlərin tikintisi davam edir. Prezident Ərdoğanın ilin sonundan əvvəl təhvil veriləcəyini açıqladığı zəlzələ iqamətgahları sürətlə artır.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, əsrin fəlakətində dağılan şəhərlərdən biri olan Malatyada zəlzələdən sonra tez bir zamanda daimi yaşayış yerlərinin tikintisinə başlanıldı. Şəhərdə zəlzələdən sonra birinci mərhələdə təməli qoyulan 14 min evin, 7 min 131 kənd evinin və 679 tövlənin tikintisi davam etdirilir. 70 mini yaşayış yeri və 25 min 300 kənd evi olmaqla cəmi 95 min 300 fəlakət evi tikiləcək Malatyada xüsusi diqqətlə aparılır. Zəlzələ zonasının əvvəlkindən daha möhkəm, daha planlı və gözəl bir məkana çevrilməsi üçün atılan addımların birinci mərhələsində daimi yaşayış yerlərinin gələn oktyabr və noyabr aylarında təhvil verilməsi planlaşdırılır.

Yeşilyurt İkizce Məhəlləsində cəmi 6 min 458 yaşayış binalarının blokları dəmir-beton işləri tamamlanıb. Burada evlərin 20 dekabr 2023-cü ilə qədər təhvil veriləcəyi bildirilir. Həmçinin Yazıhan rayonunda isə 157 evin tikintisinə başlanılıb. Hekimhan rayonunda isə 553 evin tikintisi tez zamanda həyata keçiriləcək.

Daimi yaşayış yerlərinin tikildiyi digər ərazi isə Battalgazi rayonundakı Gəlinciktəpədir. Burada tikintisi davam edən 599 yaşayış məskəninin 17 blokunun özül dəmiri birləşdirilərək betonu tökülüb.

Rayonun digər yaşayış məntəqəsi Çamurlu məhəlləsindədir. Burada da birinci mərhələdə 33 blokdan ibarət olacaq 681 yaşayış binasının tikintisi sürətlə davam etdirilir.