Macarıstanın baş naziri Viktor Orban Türkiyənin ölkəsinin enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib və prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

 "Türkiyə Macarıstanın enerji təchizatı təhlükəsizliyinə zəmanət verir.Prezident Ərdoğana təşəkkürlər" deyə açıqlamada qeyd edilib.


Orban bu gün verdiyi açıqlamada həmçinin Ukraynadan taxıl daşınmasını təmin etmək üçün taxıl dəhlizinin yaradılması üçün uğurlu vasitəçiliyinə görə Türkiyəyə minnətdarlığını ifadə edib.