Litvanın baş naziri istefaya razılaşıb. 

İqtisadiyyat.az Litva KİV-ə istinadən xəbər verir ki, bu barədə o özü bildirib. Seym növbədənkənar seçki təklifini təsdiqləməsə, baş nazir İnqrida Simonyte vəzifəsindən istefa verəcək, bu isə NATO-nun Vilnüs sammitindən sonra bütün hökumətin istefası demək olacaq.

Litva prezidenti Gitanas Nauseda üç naziri - təhsil naziri ilə yanaşı, mədəniyyət və maliyyə nazirlərini də istefaya çağırıb.

Onlar mənşəyi əsaslandırılmayan vəsaitlərdən istifadə ediblər.