Litvada koronavirusla bağlı ümummilli miqyasda karantin elan edilib.

Bu barədə BNS nəşri yazıb.

“COVID-19-la bağlı əlverişsiz epidemioloji vəziyyətlə əlaqədar Litvanın bütün ərazisində karantin elan edilməsini təklif edirik”, - deyə ölkənin Səhiyyə naziri Aurelius Veriqa bildirib.

Karantin noyabrın 7-dən 29-na qədər davam edəcək.