Mingəçevir Texniki Humanitar Liseyində dərslərin distant formada keçirilməsi ilə bağlı qərar verilib. 

Bu barədə Mingəçevir Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, liseydə 8 müəllim, 10 yuxarı sinif şagirdi, 5 ibtidai sinif şagirdi koronavirusa yoluxub. 

Bununla bağlı olaraq dərslər iki həftəlik distant formada davam etdiriləcək.