Latın Amerikası və Karib hövzəsi ölkələrinə birbaşa xarici investisiyalar ötən il rekord səviyyəyə - 224,58 milyard dollara çatıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, ötən il bu regionlara qoyulan sərmayələrin həcmi 2021-ci illə müqayisədə 55,2% çoxdur.

Hesabat dövründə ən çox Braziliyaya investisiya yatırılıb (ümumi investisiyanın 41%-i). Bu ölkədən sonra Meksika (17%), Çili (9%), Kolumbiya (8%), Argentina (7%) və Peruya (5%) daha çox sərmayə qoyulub.

Latın Amerikasına ən çox sərmayə yatıran isə ABŞ (38%) olub.