"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasında 200-cü qələbəsini qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu, "Çelsi" ilə XXII tur oyununa təsadüf edib - 4:1.

Klopp çempionatda 200 və daha çox qələbə qazanan 7-ci baş məşqçi olub. Daha əvvəl Aleks Ferqyuson, Arsen Venger, Harri Rednapp, Joze Mourinyo, Devid Moyez və Pep Qvardiola bu göstəriciyə imza atıb.

"Liverpul" Premyer Liqada 22 turdan sonra 51 xalla birinci sıradadır