Kanada Ukraynaya yeni silahlar göndərəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ukraynalı həmkarı Denis Şmiqalla görüşündə Kanada Baş naziri Castin Trüdo məlumat verib.

O, Kanadanın Ukraynaya 21 min avtomat, 38 pulemyot və 2,4 milyon patron göndərəcəyini açıqlayıb.

Trüdonun sözlərinə görə, ötən ilin əvvəlindən Kanada Ukraynaya 9 milyarddan çox hərbi, iqtisadi və humanitar yardım göndərib.