Azərbaycan və İtaliya arasında bu ilin yanvar-iyun aylarında ticarət dövriyyəsi 8,5 milyard dollar dəyərində olub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin 6 ayı ilə müqayisədə 536,7 milyon dollar və ya 6% azdır.

Hesabat dövründə Azərbaycan İtaliyaya 8,3 milyard dollarlıq mal ixrac edilib, bu ölkədən isə 216,3 milyon dollarlıq mal idxal edib.

Bununla da İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı mövqeyini qoruyub.

 

Gözəl Həşimova