İtaliya Afrika ölkələrinin enerji keçidinə 6 milyard dollardan çox sərmayə qoymağa hazır olduğunu bildirir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İtaliyanın Anqoladakı səfiri Kriştiano Qalo məlumat verib.

Söhbət atmosferə karbon qazı emissiyasını azaldan yeni texnologiyaların tətbiqindən gedir.

Diplomat 6 milyard dolların nə qədərinin Anqola üçün nəzərdə tutulduğunu açıqlamayıb.