"Mən əminəm ki, İsveç də NATO-nun üzvü olacaq".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İsveçin Alyansa üzvlüyü həm onun, həm də NATO-nun prioritetdir:

"İsveçin də mümkün olan ən qısa zamanda üzv olması mənim və NATO-nun prioritetidir".