"İsveçin NATO-ya daxil olmaq üçün memorandumun şərtlərini doğru yerinə yetirdiyini demək olmaz. İsveçdə terrorçular, PKK fəaliyyətdədir".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. Ankarada NATO BAş katibi Y. Stoltenberqlə birgə mətbuat konfransı keçirən Çavuşoğlu həmçininin qeyd edib:

"Düzdür, İsveç təhlükəsizlik sahəsində qanunları dəyişib. Lakin hələ də bu ölkədə terrorçular fəaliyyət göstərir. Biz etiraf edirik ki, İsveç və Finlandiya tərəfindən atılan müsbət addımlar mövcuddur. Lakin bu, öhdəliklərin tam yerinə yetirilməsi demək deyil".