İstanbulun İstiqlal küçəsində baş verən partlayışda terror ehtimalı var.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyaya səfər etməzdən əvvəl İstanbul hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

"Əminliklə bunun terror olduğunu desək, səhv ola bilər, amma ilk inkişaflar, valinin bizə verdiyi ilk məlumat göstərir ki, burada terror qoxusu var", - Ərdoğan deyib.

O, bir qadının terror aktında iştirak etməsi ehtimalının olduğunu qeyd edib.