İspaniyanın cənubunda leysan yağışların yaratdığı sel nəticəsində küçələri və əsas yolları su basıb.

İqtisadiyyat.az dünya mediasına istinadəın xəbər verir ki, məktəblər, universitetlər, bağçalar bir müddətlik bağlanıb.

Yağışlardan ən çox zərər çəkən Mursiya, Valensiya və Əndəlus muxtar vilayətlərində daşqınlar səbəbindən yüksək səviyyəli xəbərdarlıq edilib. Mursiya Muxtar Bölgəsindəki Kartagena şəhərində təcili xidmət qrupları sel sularını dağıtmaq üçün işə başlayıb. Evlərin və iş yerlərinin zirzəmilərini su basıb, park edilmiş avtomobilləri sel suları sürüyüb aparıb.

İspaniya Milli Meteorologiya Təşkilatının (AEMET) verdiyi açıqlamada bildirib ki, son 100 ildə may ayında müşahidə olunmayan rekord miqdarda yağıntı qeydə alınıb. Yağışlar səbəbindən şəhərin Klariano çayında suyun səviyyəsi qalxıb.