İranın yeni prezidenti Məsud Pezeşkian deyib ki, əxlaq polisi bundan sonra hicab tələbi ilə bağlı qadınları narahat etməyəcək.

İqtisadiyyat.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) keçən həftə İranda qadınların sərt geyim qaydalarını pozduqlarına görə hələ də ciddi şəkildə cəzalandırıldığını bildirmişdi.

İyul ayında keçirilən prezident seçkilərində qalib gəldikdən sonra keçirdiyi ilk mətbuat konfransında danışan Pezeşkian, bir qadın jurnalistin polis maşınlarından qaçmaq üçün yolunu dəyişdiyini söylədikdən sonra polisin hələ də küçələrdə olub-olmadığını soruşub.

Çadrasını saçları azca görünən şəkildə taxan jurnalist küçələrdə polisin olduğunu deyib.

Pezeşkian cavabında "Əxlaq polisi qadınlara qarışmamalıdır. Mən vəziyyətə nəzarət edəcəm ki, qadınları narahat etməsinlər" deyib.