"Real Madird" klubu və Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədovun futbol meydançasında məşq etdiyi şəklə reaksiya verib.

İqtisadiyyat.az xəbər verir ki, tanınmış furbolçunun Nurməhəmmədovun məşqinə reaksiyası belə olub: "Qardaş, bəlkə təkbətək?".

 "Birə-bir? Bu futbol deyil, MMA-dır, ehtiyatlı ol" ,-deyə Həbib "Real"ın müdafiəçisinə cavab verib.

Həbib qarışıq döyüş sənətlərində (MMA) keçirdiyi 29 döyüşün hamısında qalib gəlib. 2021-ci ildə İctimai Rəy Fondu tərəfindən keçirilən sorğu nəticəsində Həbib idmanda "İlin adamı" seçilib. 2023-cü il oktyabrın 22-də Nurməhəmmədov UFC karyerasını dayandırıb.