Sentyabrın 9-na olan məlumata görə dünya üzrə benzinin orta qiyməti 1 litr üçün 1,29 ABŞ dolları təşkil edir. Amma ölkələr arasında qiymətlərdə fərqlidir.

İqtisadiyyat.az-ın araşdırmasına görə, dünya ölkələri arasında benzinin ən ucuz olduğu ölkələr arasında Azərbaycan 18-ci yerdə qərarlaşıb.

Belə ki, Azərbaycanda benzinin bir litrinin qiyməti 0.647 dollar təşkil edir. Dünyada benzinin ən baha satıldığı ölkə isə Honq-Konqdur. Belə ki, burada benzinin 1 litrinin qiyməti 3,2 dollardır. Bu qiymət fərqləri benzin üçün müxtəlif vergi və subsidiyalarla bağlıdır. Nəticədə benzinin pərakəndə satış qiyməti fərqli olur.

Qeyd edək ki, son illər dünyada elektrik mühərrikli avtomobillərin istehsalı genişlənib. Genişlənməyə səbəb isə artan davamlı tələbatın olduğu göstərilir. Belə ki, elektrik mühərrikli avtomobillərə tələbat artıqca benzin və digər yanacaqla işləyən nəqliyyat vasitələrinə maraq azalıb. Azərbaycanda da son illər elektromobillərə kəskin tələb yaranıb. Əvvəllər yenilik kimi qəbul edilən bu avtomobillərə maraq gündən-günə çoxalır.

Mütəxəssislər deyir ki, planetdə hökm sürən iqlim dəyişikliyi fonunda dünyada elektromobilə keçid ekoloji tarazlığın qorunmasına xidmət edir. Bu, ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışların tərkib hissəsidir. Ölkəmizdə elektrik mühərrikli avtomobillərə tələbat artsa da, buna keçid hələ ki ləng şəkildə davam edir. Hökumət isə keçidi sürətləndirmək məqsədi ilə bəzi tədbirlər həyata keçirir. Bu kimi tədbirlərdən biri də bir müddət əvvəl benzinin və dizelin qiymətinin dəyişdirilməsini göstərə bilərik.

Bəs dünyada benzinin qiyməti nə qədərdir?

Ölkə

1 litr benzinin qiyməti

İran

0,029 dollar

Liviya

0,032 dollar

Venesuela

0,035 dollar

Misir

0,310 dollar

Anqola

0,323 dollar

Küveyt

0,344 dollar

Əlcəzair

0,347 dollar

Türkmənistan

0,429 dollar

Nigeriya

0,468 dollar

Malayziya

0,472 dollar

Qazaxıstan

0,512 dollar

Bəhreyn

0,531 dollar

Boliviya

0,541 dollar

Qətər

0,577 dollar

Oman

0,621 dollar

Səudiyyə Ərəbistanı

0,621 dollar

Rusiya

0,643 dollar

Azərbaycan

0.647 dollar

BƏƏ

0,757 dollar

Pakistan

0,929 dollar

ABŞ

0,945 dollar

Çin

1,168 dollar

Hindistan

1.202 dollar

Türkiyə

1.220 dollar

Yaponiya

1.225 dollar

Ermənistan

1.395 dollar

Ukrayna

1.431 dollar

Polşa

1.618 dollar

Böyük Britaniya

1.806 dollar

Almaniya

1,808 dollar

Fransa

1,882 dollar

İtaliya

1.949 dollar

Danimarka

2,076 dollar

İsveçrə

2,125 dollar

Honq-Konq

3,269 dollar

 

Gözəl Həşimova