Birləşmiş Ştatlar qoşunlarının Nigerdən çıxarılmasını başa çatdırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin Afrika Komandanlığının saytında yerləşdirilən məlumatda deyilir.

"İki ölkənin Müdafiə Nazirliyi ABŞ ordusunun və texnikasının Nigerdən çıxarılmasının başa çatdığını elan edib", - deyə komandanlıqdan bildirilib.

Qeyd edilir ki, ABŞ və Niger hərbçiləri arasında effektiv əməkdaşlıq və ünsiyyət qoşunların təhlükəsiz, nizamlı və məsuliyyətli çıxarılmasını təmin edib.