Mil-Muğan Regional Məşğulluq filialının təşkilatçılığı ilə İmişli rayonunda əmək yarmarkası keçiriləcək.

İqtisadiyyat.az-a daxil olan məlumata görə, yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Ünvan və tarix:

İmişli rayonu, Həzi Aslanov küçəsi 3 (Mil-Muğan RMF-nin İmişli rayon xidmət şöbəsi)
20 Sentyabr 2024, 11:00