Birləşmiş Ştatlar Gürcüstanda demokratiya və insan haqlarının pozulması ittihamı ilə 64 nəfər və dövlət nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

"Onların arasında gürcü xalqının əsas azadlıqlarını məhdudlaşdırmaq üçün öz səlahiyyətlərindən sui-istifadə edən yüksək vəzifəli dövlət və bələdiyyə məmurları, korrupsiyaya bulaşmış biznesmenlər və parlament üzvləri var", - deyə açıqlamada bildirilir.

Dövlət Departamenti əlavə edib ki, Vaşinqton Tbilisinin antidemokratik hərəkətlərindən narahatdır və yeni məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirməyə davam edəcək.