Sədərəkdə müəllim və şagirdlər yeni tədris dərs ilində məktəbə velosipedlərlə gəliblər.

İqtisadiyyat.az xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi, Sədərək kənd 1 nömrəli tam orta məktəbdə də Bilik Günü qeyd edilib, yeni tədris ilinin ilk zəngi çalınıb.

Amma burada kollektiv yeni tədris ilinə digər məktəblilərdən fərqli başlayıblar. Belə ki, müəllim və şagirdlər məktəbə uzaq məsafələrdən avtomobillə yox, velosipedlərlə gəliblər.

Kollektiv bu nümunəvi hərəkətləri ilə təbiətin dostu olmağın ismarışını verməklə yanaşı, “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə də özünəməxsus töhfələrini veriblər.

Qeyd edək ki, bu ənənə Dəmirçi kəndində də davam etdirilir və hər iki kənddəki məktəbin həyətində velosiped dayanacaqları quraşdırılıb.