Avstriya, Rumıniya, Çexiya və Polşada təsirli olan "Boris" fırtınasının səbəb olduğu şiddətli yağışlar nəticəsində ölənlərin sayı 10-a yüksəlib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, “Boris” qasırğasının yaratdığı leysan yağışlar Mərkəzi və Şərqi Avropada daşqınlara səbəb olub.

Üç gündür davam edən fırtına nəticəsində həyatını itirənlərin sayının 10-a yüksəldiyi bildirilib. Çaylarda suyun səviyyəsinin qalxması nəticəsində baş verən daşqınlar səbəbindən Çexiyada ən azı 10 min 500 insan evlərindən təxliyə edilib.

Polşanın Baş naziri Donald Tusk ölkənin cənub və cənub-qərbini vuran "Boris" qasırğası səbəbindən təbii fəlakət elan edib. Avstriyada bir çox qatarın hərəkəti dayandırılıb, Vyana metrosunun bəzi hissələri bağlanıb, magistral yol su altında qalıb. Rumıniyada isə 700 evin sular altında qaldığı açıqlanıb.

 

Gözəl Həşimova