Yer kürəsində güclü maqnit qasırğası başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz “Telegram” kanalında məlumat verib.

"Yer üzündə çox güclü maqnit qasırğası hökm sürür. Gözlənilən güclü maqnit qasırğası uzun bir gecikmə ilə başlayıb", - o bildirib.

Leus əlavə edib ki, fırtına Moskva vaxtı ilə saat 06:00-dan (Bakı vaxtı ilə 07:00) sonra başlayıb və günün ikinci yarısında bitməlidir. Təbiət hadisəsinin sinfi hazırda G4 kimi qiymətləndirilir və tədricən zəifləyəcəyi gözlənilir.