Yəmənin Ənsar Allah hərəkatının (husilər) nümayəndələri Yəmənin mərkəzində ABŞ-yə məxsus kəşfiyyat uçuşlarını həyata keçirən pilotsuz uçuş aparatını (PUA) vurublar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “RİA Novosti” Yəmən hərbi mənbəsinə istinadən yazır.

“Yəmənin Hava Hücumundan Müdafiə Qüvvələri Dhamar əyalətində Amerikaya məxsus olduğu ehtimal edilən pilotsuz təyyarəni zərərsizləşdirib”, - deyə məlumatda bildirilib.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı Yəmənin şimalında husilərin raket sisteminin məhv edildiyini açıqlamışdı. Departament rəsmiləri sistemin Amerika və koalisiya qüvvələri, eləcə də regiondakı ticarət gəmiləri üçün təhlükə yaratdığını bildiriblər.

 

Sadiq Cavadov