İranın avtomobil istehsalçısı "SAIPA" Rusiyada avtomobil satmağa imkan verən xüsusi "OTTS" icazəsi alıb.

Bu barədə İqtisadiyyat.az "Autonews"a istinadən xəbər verir.

Məlumata görə, şirkət lazımi sertifikatı daha əvvəl almalı idi. Lakin, maşınların sertifikatlaşdırılması prosesi zamanı şirkət gözlənilməz tələblərlə qarşılaşıb və bu səbəbdən də həyata keçirilməsi təxirə salınıb.

Əvvəlcə bazarda iki model təqdim olunacaq. Onlardan biri "Quik Cross"dur. Avtomobilin qiyməti təxminən 1,5-1,6 milyon rubl olacaq. Bundan əlavə, ruslar "Saina S" sedanını ala biləcəklər. Bu avtomobilin qiyməti isə 1,22 milyon rubldan başlayır.

 

Gözəl Həşimova