Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Özbəkistanın Səmərqənd şəhərində baş tutub.

Xatırladaq ki, dövlət başçılarının görüşü Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilib.