İqtisadiyyat.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ortaq maliyyə ilə planlaşdırılmış birləşmə üçün hələ ki, dəqiq tarix verilməyib. Renaultun verdiyi açıqlamada, təklifin diqqətli incələndiyindən sonra qərar veriləcəyi bildirilib. Fransız mediasının məlumatına görə, Renault idarə heyətinin sədri Jan-Dominiq Senard, FCA və Renault-un birləşməsi üçün hazırlanan işlər barədə cümə günü Fransız maliyyə naziri Bruna Le Maireyə məlumat verib. Renaultun 15%-i Fransa dövlətinə məxsusdur. İrəli sürülən ortaqlığın hissələri, Fiat Crysler və Renault Group arasında, qurulacaq alman şirkətdə birgə paylaşdırılacaq. Birləşmə işləri tamamlanmamış Fiat Crysler səhmdarlarına 2.4 mlrd avroluq dividend veriləcək. Fiat-ın verdiyi açıqlamada bunlar yer alıb: “Renaultla birləşmə əsnasında heç bir fabrik bağlanmayacaq. Birləşmə reallaşacağı təqdirdə səhmdarlara 2.4 mlrd avro paylanılacaq. Ortaq yaradılacaq şirkət Milan, Paris və Nyu-Yorkda fəaliyyət göstərəcək”.

Mehman Nəbiyev