Cənubi Koreyada Hellouin şənliyində 156 nəfərin ölümü ilə nəticələnən izdihamla bağlı istintaqda şübhəli bilinən polis məmuru evində ölü tapılıb.
İqtisadiyyat.az Cənubi Koreyanın Yonhap agentliyinə istinadən xəbər verir ki , yerli vaxtla saat 12:45-də qohumu polis məmurunun paytaxt Seuldakı evinə gedib və məmurun cansız cəsədini tapıb.
Həmkarları bildiriblər ki, Jeong dünən onlara intihar edəcəyini bildirən mesajlar göndərib.
Jeongun ölümü ilə bağlı istintaq başladılıb. İzdihamdan sonra açılan istintaqda 55 yaşlı Jeong şübhəli olub.