Yeni Dehli Ali Məhkəməsi Vikipediyaya mümkün bloklama barədə xəbərdarlıq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "LiveLaw” məlumat yayıb.

Məlumata görə, Hindistanın ən böyük xəbər agentliklərindən biri olan ANI-nin Vikipediya səhifəsində redaktə edilib ki, portal mərkəzi hökumət üçün təbliğat vasitəsi rolunu oynayıb, geniş saxta xəbər saytları şəbəkəsinin materiallarını yayıb və hadisələri yanlış məlumatlandırıb. Buna görə də ölkənin ANİ xəbər agentliyi onlayn ensiklopediyaya qarşı böhtana görə məhkəməyə müraciət edib.

İş üzrə məhkəmənin oktyabrda keçirilməsi nəzərdə tutulub.

 

Sadiq Cavadov