Dünyada taxılın qiyməti azalmaqda davam edir və iyul ayı ilə müqayisədə avqustda 0,5% ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bir sıra ərzaq mallarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən yeni “Qiymət İndeksi”ndə öz əksini tapıb.

Məlumata görə, ixrac qiymətlərinin aşağı düşməsi və Argentina ilə ABŞ-də gözlənilən yüksək istehsal gözləntiləri fonunda taxıl ucuzlaşır. Bundan əlavə, buğda və düyü istehsalının artması proqnozlaşdırılır.

Avqustda buğdanın qiymət indeksi orta hesabla 120,7 bənd təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən 1,1% aşağıdır.

 

Gözəl Həşimova