Almaniya Danimarka və Hollandiya ilə əməkdaşlıq edərək Ukraynaya “Leopard 1A5” tanklarının əlavə partiyasını göndərməyi planlaşdırır.

İqtisadiyyat.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun iclasında müvafiq bəyanatla çıxış edib.

“Almaniya Danimarka ilə birgə layihə çərçivəsində artıq Ukraynaya 58 ədəd “Leopard 1A5” tankı tədarük edib. Daha 77 ədəd “Leopard 1A5” tankı Danimarka və Hollandiya ilə birlikdə mümkün qədər tez çatdırılacaq”, - Pistorius vurğulayıb.

 

Sadiq Cavadov