Hindistanda adam oğurluğunda təqsirli bilinən keçmiş siyasətçisi Atiq Əhməd qardaşı ilə birlikdə canlı yayım zamanı güllələnib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Polisin müşayiəti altında olan Əhməd Allahabad kimi tanınan Prayaqrac şəhərində jurnalistlərlə danışarkən başına silah tuşlanıb.

Tapançadan açılan atəşlərdən sonra özlərini jurnalist kimi təqdim edən üç nəfər polisə təslim olub və onlar nəzarətə götürülüblər.

Qardaşlar hadisə yerində keçiniblər, daha iki nəfər yaralanıb.

Əhmədin yeniyetmə oğlu bir neçə gün əvvəl polis tərəfindən güllələnərək öldürülmüşdü. Əhməd daha əvvəl polisin onun həyatını təhdid etdiyini iddia etmişdi.

Hadisədən sonra baş nazir Yoqi Adityanath qətllərlə bağlı məhkəmə araşdırması aparılmasına göstəriş verib və Uttar-Pradeş ştatının bəzi yerlərində böyük toplantıları qadağan edib.